Açıq havada dərs keçirildi

13 may tarixində məktəbimizin Azərbaycan dili müəllimi Leyla Cəbrayılova 6"e" sinfində Azərbaycan dili (Dövlət dili) dərsində mətnlərlə tanış olduqdan, müzakirələr aparıldıqdan sonra fikirlərin ümumiləşdirilməsi, "Layihənin yekunu" bölməsinin daha maraqlı və yaddaqalan olması məqsədilə açıq havada dərs təşkil etmişdir. Şagirdlər dərsin açıq havada keçirilməsindən çox məmnun oldular, zövq və həvəslə qruplarla verilən tapşırıqları yerinə yetirib təqdimat etdilər.
Sonda qalib komanda elan edildi. Bu cür dərslərin keçirilməsi şagirdlər üçün faydalı və əhəmiyyətlidir.
#MÜTDA #EduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey