HEYDƏR ƏLİYEV-ƏBƏDİ LİDER

08.05.2025-ci il tarixində 264 nömrəli məktəb-liseydə Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş ,,Heydər Əliyev-Əbədi lider,, adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Mehriban xanım Mustafayeva açaraq Ulu Öndərin yaşadığı mənalı və kamil ömür yolundan, xalq və dövlətçiliyimiz uğrunda apardığı mübarizəsi haqqında məlumat verdi.
Tədbirin sonunda şagirdlərin Ulu öndər Heydər Əliyevə həsr etdikləri şeir və musiqilər səsləndirdilər. Ulu Öndər Heydər Əliyevin həyatı və fəaliyyəti bir fədakarlıq nümunəsidir. Onun mirası isə bugünkü müstəqil Azərbaycandır!
https://www.facebook.com/100002947387817/videos/pcb.9627583210683163/591594037287154?locale=ru_RU
https://www.facebook.com/100002947387817/videos/pcb.9627583210683163/678992141499811?locale=ru_RU
#BŞTİ #264nömrəliMəktəb-Lisey
#vurtualməktəb #fəalməktəb #bakıməktəbləri