Şagirdimiz "Ən yaxşı təqdimat" müsabiqəsində uğur qazanıb!

              Məktəbimizin 10Ç sinif şagirdi Əhədzadə Tərlan, Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümünə həsr edilmiş "Ən yaxşı təqdimat" müsabiqəsində 3-cü yerə layiq görülüb.

            Həmçinin şagirdimiz keçən tədris ili, final turu Naxçıvanda keçirilən "Qərbi Azərbaycana Qayıdış" olimpiadasınında qalibidir. Onu qeyd edək ki, şagirdimiz həm də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin layihəsi əsasında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin üzvüdür.

             Ona bu uğurda dəstək göstərən tarix müəllimi İradə Əhmədovaya və sinif rəhbəri Alvina Həsənova təşəkkür edirik! Şagirdimizi bu uğuru münasibətilə məktəb rəhbərliyi və kollektivi adından təbrik edir, gələcək fəaliyyətində uğurlar arzu edirik!

#MÜTDA #EduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey

#vurtualməktəb #fəalməktəb #bakıməktəbləri

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi