Şagirdlər "Açıq qapı"da iştirak etdilər

25.04.2025-ci il tarixində Azərbaycan Texniki Universitetində "Açıq qapı" keçirildi. Tədbirdə 264 nömrəli məktəb-liseyin 10 b və 10 ç sinif şagirdləri sinif rəhbərləri Ramilə İbrahimova və Alvina Həsənovanın rəhbərliyi ilə iştirak etdilər. "Açıq qapı"da universitetin qarşısında fakültələrin, tələbə təşkilatının və struktur bölmələrin stendləri və tələbələrin startapları nümayiş olundu.
Şagirdlər laboratoriyalarda qurulan dəzgah və avadanlıqlarla əyani tanış olub, mərkəzlərdə həyata keçirilən layihələr barədə məlumat əldə etdilər.
#MÜTDA #EduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #264nömrəliMəktəb-Lisey
#vurtualməktəb #fəalməktəb #bakıməktəbləri