Aşkarlar kimyası institutuna ekskursiya

   18.12.2023 tarixdə 264 nömrəli məktəb-liseyin 9b sinif şagirdləri ile kimya müəllimi İbrahimova Ramilə kimya aylığı ilə əlaqədar Aşkarlar kimyası instutuna ekskursiya ediblər.

    Məktəblilər ilk öncə institunun icraçı direktoru kimya elmlər doktoru Əfsun Sucayev qarşıladı və onlarla kiçik iclas keçirdi. O bildirdiki elmlə təhsilin vəhdəti təkcə universitetlərlə deyil orta məktəblərlədə olmalıdır. Ona görədə tarixi muzeylər kimi elmi tədqiqat müəssələridə qapılarının istedadlı şagirdlərin üzünə açmalı və əyani olaraq fiziki kimyəvi proseslərlə tanış olmalarını təmin etməlidir.

  Maraqlı bir görüşlərdən biri görkəmli şair Bəxtiyar Vahabzadənin qardaşı qızı kimyaçı alim Həqiqət Əli Əşrəf qızı Cavadova ilə oldu. Şagirdlər “Fizioloji fəal”, “ Üzvi birləşmələrin analizi”, ”Sürtkü kompozisyaları”, ”Mühafizə edici üzvi birləşmələr” və digər laboratoriyalara baş çəkərək orada aparılan elmi tədqiqatlarla müasir fiziki-kimyəvi cihazların iş prinsiplərilə tanış olub bəzi təcrübələri yaxından izlədilər.

https://www.facebook.com/100002947387817/videos/pcb.6883633665078145/6878225838962592

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi