Respublika fənn olimpiadaları və Lütfi Zadə adına məntiq olimpiadasının məktəb turu təşkil olundu.

4 noyabr 2023-cü il tarixində A. S. Xəlilov adına 263 nömrəli tam orta məktəbdə istedadlı şagirdlərin aşkar edilməsi, şagirdlər arasında sağlam rəqabət mühitinin artırılması, bilik və bacarığı ilə seçilən şagirdlərin qiymətləndirilməsi məqsədi ilə Respublika fənn olimpiadaları və Lütfi Zadə adına məntiq olimpiadasının məktəb turu təşkil olundu. Fərqli düşünmə qabiliyyəti ilə şeçilən VIII, IX, X, XI sinif şagirdlərinin iştirak etdiyi bu elm yarışı Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, informatika, fizika, kimya, biologiya, tarix, coğrafiya olmaqla 8 fənn üzrə keçirildi. Lütfi Zadə adına məntiq olimpiadası V siniflər arasında təşkil olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi