“Qanadlı misralar” mətni və “Həqiqi və məcazi mənalı sözlər” mövzusunda açıq dərs keçirildi.

Məktəbimizin 2023-2024-cü tədris ili üçün nəzərdə tutulmuş fəaliyyət planına əsasən oktyabr ayı “ Azərbaycan dili və ədəbiyyat aylığı” elan olunmuşdur. Aylıq çərçivəsində 31.10.2023-cü il tarixində 5 A sinfində Yalçın müəllimin təşkilatçılığı ilə Azərbaycan dili fənnindən “Qanadlı misralar” mətni və “Həqiqi və məcazi mənalı sözlər” mövzusunda açıq dərs keçirildi. Dərsdə 2.2.3 Mətndəki əsas fikri müəyyənləşdirir və 2.1.2 Sözün həqiqi və ya məcazi mənada işləndiyini müəyyənləşdirir standartları reallaşdırıldı. Motivasiya mərhələsində beyin həmləsi iş üsulundan istifadə edilərək şagirdlərin diqqəti dərsə cəlb edildi. Mövzu izahından sonra qruplarla iş iş formasından istifadə olundu. Şagirdlər dörd qrupa bölünərək onlara təqdim olunan iş vərəqindəki sualları cavablandırdı. Qiymətləndirmə vasitəsi kimi rubrikdən istifadə edildi. Şagirdlərin fəaliyyəti beş meyarlıq şkala ilə qiymətləndirildi. Birinci və ikinci yeri tutan qruplar müəllim tərəfindən mükafatlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi