Qarabağ Azərbaycandır!

“Qarabağ Azərbaycandır!” mövzusunda müxtəlif videoçarxlar hazırlandı. Həmin videoçarxlarda Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, uğurlu siyasəti, ordumuzun şücaəti və xalqın öz lideri ətrafında yumruq kimi birləşməsi nəticəsində Azərbaycanın böyük qələbəyə nail olmasından danışıldı. Prezidentin “Qarabağ Azərbaycandır və nida” ifadəsinin milli şüara və qələbəmizin rəmzinə çevrilməsindən bəhs edildi. Şəhidlərə, Qarabağa aid şeirlər, mahnılar ifa olundu. Hazırlanan videoçarxlardan birində rus dili müəllimlərinin təşkilatçılığı ilə şagirdlər dünya mütəfəkkirlərinin erməni milləti, onların əsl xisləti haqqında fikirlərini rus dilində səsləndirdilər. Həmçinin maraqlı rəsmlər çəkildi, əl işləri hazırlandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi