8-ci siniflər arasında bilik yarışı keçirildi.

Məktəbimizdə 8-ci siniflər arasında Fizika, Kimya və Biologiya fənləri üzrə bilik yarışı təşkil olundu. Şagirdlər elmi biliklərini nümayiş etdirərək maraqlı və rəqabətli bir mübarizə apardılar. Yarışın sonunda 8a sinfi yüksək nəticə göstərərək qalib oldu. Qalib komanda sertifikatla mükafatlandırıldı.Təbrik edirik, 8a sinfi. Uğurlarınız davamlı olsun.