Riyaziyyat fənni üzrə bilik yarışı keçirildi.

Məktəbimizdə 10-cu siniflər arasında keçirilən Riyaziyyat fənni üzrə bilik yarışında 10A sinfi yüksək nəticə göstərərək qalib gəldi və mükafatlandırıldı.
Bilik yarışlarının keçirilmə məqsədi şagirdlərin elmi biliklərini artırmaq, düşünmə qabiliyyətlərini inkişaf etdirmək və sağlam rəqabət mühiti yaratmaqdır.
Qalib komandamızı və onların müəllimlərini təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!