Müəllim günü ilə əlaqədar 261 nömrəli məktəb-liseyin bir qrup müəllimləri mükafatlandırılmışdır.

261 nömrəli məktəb-liseyin azərbaycan dili və ədəbiyyat müəllimləri Sultanova Səddinur Vilayət qızı və Zeynalova Rəhilə Möylan qızı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən fəxri fərmanla təltif olunmuşlar.“Gənclərin çağırışaqədərki hazırlığı”müəllimi Əzizov Rövşən Edil oğlu Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsi tərəfindən fəxri fərmanla təltif olunmuşdur.Quliyeva Svetlana Mayıl qızı məktəb-liseyin təlim –tərbiyə işləri üzrə direktor müavini və Qurbanova Təranə Söhrab qızı ibtidai sinif müəllimi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşlar.Məktəb-liseyin rəhbərliyi və pedaqoji kollektivi müxtəlif təşkilatlar tərəfindən mükafatlandırılmış əməkdaşlarını təbrik edir və gələcək işlərində onlara uğurlar diləyirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi