Həmrəylik Gününə həsr olunmuş intellektual yarışma

Dekabrın 30-da məktəb-liseydə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “Breyn-Rinq” intellektual oyunu təşkil olunub. Məktəb-liseyin direktoru Könül Məmmədlinin təşəbbüsü ilə artıq ənənə halını alan, “Daim həmrəy olaq!” devizi altında keçirilən yarışmada həm inzibati, həm pedaqoji, həm də texniki heyət iştirak edib. Yarış Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Könül Məmmədli çıxış edərək komandalara uğurlar arzulayıb. Oyunun aparıcısı, sualların müəllifi, "Fibonacci" oyunlarının təsisçisi Sənan Mahmudov oyunun qaydaları ilə iştirakçıları tanış edib.8 komandanın iştirak etdiyi maraqlı və gərgin mübarizənin sonunda “Zəfər” komandası I yerə, “İnam" komandası II yerə, “Turan” komandası III yerə, "Qartal" komandası isə həvəsləndirici yerə layiq görülüb. Qalib komandaların üzvləri fəxri fərmanlarla və tamaşaya biletlərlə təltif olunublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi