Yaşıl layihə:" Təbiəti qoruyanlar" layihəsi davam etdirilir

Dekabrın 27-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 02.11.2023-cü il tarixli, F-403 nömrəli əmri ilə təsdiqlənmiş Yaşıl layihə: " Təbiəti qoruyanlar" adlı layihəyə əsasən 10b sinif şagirdləri "Təbiətin harayı" başlıqlı hekayələr yazıblar. Daha sonra onlar məktəbin həyətində "Yaşıl dünya naminə həmrəylik ili"nin astanasında ilk ağacları əkiblər. Onlarla bərabər 7ç sinif şagirdləri də həmrəylik nümayiş etdirərək öncədən hazırladıqları təbiəti qorumağa təşviq edən lövhələri məktəb-liseyin həyətində yerləşdiriblər. Qeyd edək ki, "Təbiəti qoruyanlar" layihəsinin məqsədi təhsilalanların ekoloji maarifləndirilməsi, onların ekoloji biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, təbiət fənlərinin digər fənlərə inteqrasiyasının təşkili, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi, dövrün qlobal problemlərinin həllinə dəstək verilməsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi