Pedaqoji Şuranın növbəti iclası keçirilib.

Dekabrın 22-də məktəb-liseydə pedaqoji şuranın növbəti iclası keçirilib. İclasda dövlət dilinin tədrisi vəziyyətinin öyrənilməsi istiqamətində dinlənilən dərslərin müzakirəsi, "Kiçik Akademiya"nın fəaliyyəti, "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" pilot layihəsinin məktəb-liseydə tətbiqi vəziyyəti, sinif jurnallarının aparılması məsələsi və cari məsələlər müzakirə olunub. Müvafiq mövzular üzrə məktəb-liseyin direktoru Könül Məmmədli, direktor müavinləri Samirə Məhərrəmova və Nərmin Uğurliyeva, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Lamiə Məmmədova, Azərbaycan dili və ədəbiyyat fənni üzrə metodbirləşmə rəhbəri İlahə Süleymanlı, "Kiçik Akademiya" nın rəhbəri Gülnar Hüseynovanın məruzələri dinlənilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi