Məktəb-liseyin direktoru Könül Məmmədli respublika fənn olimpiadalarının rayon(şəhər) mərhələsində iştirak edəcək şagirdlərlə görüşü

Dekabrın 22-də məktəb-liseyin direktoru Könül Məmmədli respublika fənn olimpiadalarının rayon(şəhər) mərhələsində iştirak edəcək şagirdlərlə görüşüb. Şagirdlərə buraxılış vərəqələri təqdim olunub, uğurlar arzulanıb. Məktəb-liseyi bu mərhələdə 46 şagird təmsil edəcək. Fənn olimpiadalarının keçirilməsində məqsəd şagirdlərdə özünəinam hissini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafı istiqamətində tədbirlər müəyyənləşdirmək, həmçinin məktəblilərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi