Azərbaycan dili və ədəbiyyat müəllimlərinin iştirakı ilə növbəti metodbirləşmə iclası keçirili

Dekabrın 21-də məktəb-liseydə Azərbaycan dili və ədəbiyyat müəllimlərinin iştirakı ilə növbəti metodbirləşmə iclası keçirilib. İclasın əsas mövzusu noyabr-dekabr aylarında qarşılıqlı dərsdinləmələrin təhlili olub. Bildiyimiz kimi, dərsdinləmələr müəllimlərin tədris müvəffəqiyyətlərinin qiymətləndirilməsi, yenilik və dəyişikliklərin təbliği, çatışmazlıq və səhvlərin aşkar edilərək aradan qaldırılması, peşəkar köməketmə, tədrisin inkişaf etdirilməsi məqsədləri daşıyır. Metodbirləşmə rəhbəri İlahə Süleymanlı çıxış edərək qeyd edib ki, dərslərin qarşılıqlı dinlənməsi prosesi mütəmadi olaraq həyata keçirilməlidir. Müasir tələblərə və meyarlara uyğun məqsədyönlü işlər aparılmalı, metodik köməyə ehtiyaclar nəzərə alınmalıdır. Gənc müəllimlərə işlərində kömək etmək isə hər bir metodbirləşmə üzvünün ümdə vəzifəsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi