"Bu gün müəllimim valideynimdir" adlı dərslər

“Ailəm və məktəbim” layihəsi çərçivəsində məktəb-liseyin 8d sinfində “ Bu gün müəllimim valideynimdir” adlı dərslər keçirilib. Valideynlərin məktəb həyatına cəlb edilməsinin şagirdlərin uğur qazanması üçün xüsusi əhəmiyyəti var. Dekabrın 19-da valideynlər bir günlük müəllim vəzifəsində olub, şagirdlərə fənləri tədris ediblər.Həm valideynlər ,həm də şagirdlər üçün xoş təcrübə yaşanıb.Qeyd edək ki, "Ailəm və məktəbim" layihəsinin məqsədi cəmiyyətin təməlini təşkil edən ailələrlə məktəb arasında səmərəli əməkdaşlıq təşviq etmək, ailə- məktəb münasibətlərinin sağlam pedaqoji, psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət əsasında qurulması işinə dəstək verməkdən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi