“Bebras” İnformatika və Alqoritmik düşüncə müsabiqəsi

Hər il təqribən 400000-dən çox şagird dünyanın bir çox ölkələrində "Bebras" müsabiqəsində iştirak edir. Bu il də Bebras həftəsi 4-12 dekabr tarixlərində keçirilib. “Bebras” İnformatika və Alqoritmik düşüncə yarışmasıdır. Yarışmada interaktiv və əyləncəli tapşırıqlar vasitəsilə şagirdlərin həmin mövzularda təfəkkürləri yoxlanılır və tapşırıqların həllinə uyğun qiymətləndirmə aparılır. Məktəb-liseyin informatika müəllimi Aygül Orucova müxtəlif yaş qrupları üzrə şagirdləri qeydiyyatdan keçirərək yarışda iştirak etmələrini təmin etmişdir. İştirakçılara topladığı ballara görə beynəlxalq sertifikatlar təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi