“Zərərli vərdişlərə yox deyək!" adlı maarifləndirici görüş keçirilib

Məktəb-liseyin psixoloqu Məhərrəmova Aygün yuxarı sinif şagirdləri ilə “Zərərli vərdişlərə yox deyək!" adlı maarifləndirici görüş keçirib. Görüşdə məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Məmmədova Lamiə, biologiya müəllimləri Vəfa Qaraşova və Gülnar Hüseynova iştirak edib. Əsas məqsəd şagirdləri zərərli vərdişlərin insan həyatına mənfi təsirləri haqqında maarifləndirmək və yarana biləcək xoşagəlməz halların qarşısının alınması üsulları ilə bağlı bir sıra tövsiyələr vermək idi. Şagirdlərə maarifləndirici çarx, slayd, elektron təqdimat nümayiş edilib, sağlam həyat tərzinin nə qədər əhəmiyyətli olduğu izah edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi