"Ailəm və məktəbim" layihəsi çərçivəsində şagirdlərlə görüş keçirilib

Məktəb-liseydə "Ailəm və məktəbim" layihəsi çərçivəsində 1b sinif şagirdi İsmayılzadə Nurlanın valideyni stomatoloq İsmayılov Meyar 1b sinfinin şagirdləri ilə görüşüb, onlarla ağız sağlamlığı,gigiyena və dişlərə qulluq mövzusunda söhbət aparıb. Şagirdlərin suallarını cavablandıran həkim gigiyenanın önəminə diqqət çəkmək üçün onlara dişlərə qulluq vasitələri hədiyyə edib.Qeyd edək ki, "Ailəm və məktəbim" layihəsinin məqsədi cəmiyyətin təməlini təşkil edən ailələrlə məktəb arasında səmərəli əməkdaşlıq təşviq etmək, ailə- məktəb münasibətlərinin sağlam pedaqoji, psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət əsasında qurulması işinə dəstək verməkdən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi