X-XI siniflərin şagirdlərinin qizları ilə erkən nikah mövzusunda maarifləndirici seminar keçirilib

Məktəb- liseyin psixoloqu Məhərrəmova Aygün tərəfindən X-XI siniflərin şagirdlərinin qizları ilə erkən nikah mövzusunda maarifləndirici seminar keçirilib.Seminarda həkim Məmiyeva Sədəf də iştirak edib. Seminarın əsas məqsədi qızların erkən nikah, onun fəsadları haqqında maarifləndirilməsi idi. Əgər erkən nikah baş verərsə, onun fəsadlarının nəinki özlərinə, hətta cəmiyyətə belə mənfi təsir göstərəcəyi qızlara videoçarx vasitəsilə izah edilib. Şagirdlərin öz hüquqlarını bilməsi, təhsil fəaliyyətlərinin dayandırılmaması, zorakılıq halları olarsa, lazımi orqanlara, qaynar xəttə və s. müraciət etməsi, bir sözlə, qızlar erkən nikaha və uşaq evliliyinə məruz qalsalar, vəziyyətdən necə çıxmalı olduqları barədə bir sıra tövsiyyələr verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi