Dekabrın 18-də məktəb-liseydə "Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı" na uyğun olaraq "Yaxşı yol" adlı maarifləndirici tədbir keçirilib

Dekabrın 18-də məktəb-liseydə "Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı" na uyğun olaraq Bakı Şəhəri Dövlət Yol Polis İdarəsi", "1 N-li Uşaq- Gənclər İnkişaf Mərkəzi" publik hüquqi şəxsin təşkilatçılığı ilə"Yaxşı yol" adlı maarifləndirici tədbir keçirilib.Tədbirin keçirilməsində məqsəd hələ kiçik yaşlarından uşaqlara yol hərəkəti qaydalarının öyrədilməsinin vacib olduğunun təbliğ edilməsi, onların maarifləndirilməsi olub.Tədbirdə Bakı Şəhəri Dövlət Yol Polis İdarəsinin polis kapitanı Pərvanə Muradova, "1 N-li Uşaq- Gənclər İnkişaf Mərkəzi" publik hüquqi şəxsin şöbə müdiri Fəridə Süleymanova, metodist Ülkər Mahmudova iştirak ediblər.Tədbirdə 4d sinif şagirdləri mahnı, rəqs və səhnəciklərdən ibarət maraqlı kompozisiya təqdim ediblər.Polis kapitanıPərvanə Muradova şagirdlərlə maarifləndirici söhbətlər aparıb, yol hərəkəti qaydalarının həyatımızda nə qədər əhəmiyyətli olduğu, onlara əməl etməyin vacibliyi haqda məlumat verib.Fəridə Süleymanova tədbir haqda öz fikirlərini bildirib, məktəb rəhbərliyinə, şagirdlərə təşkil etdikləri tədbirə görə minnətdarlığını bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi