Məktəb-liseydə “Ana dilim” adlı tədbir keçirildi

21 fevral 2020-ci il tarixdə məktəb-liseydə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilmişdir. Artıq bir ənənə halını alan və hər il qeyd olunan tədbir bu dəfə məktəb-liseyin kitabxanasında dil-ədəbiyyat müəllimi Rahilə Qasımovanın rəhbərliyi ilə 6”a” və 6”c” siniflərinin şagirdləri tərəfindən nümayiş etdirilmişdir.Məktəbin kitabxana heyətinin, həmçinin bir neçə müəllimin iştirakı ilə baş tutan tədbirdə çıxış edən şagirdlər fevralın 21-nin Beynəlxalq Ana Dili Günü kimi qeyd edilməsinin tarixindən, dədə-babalarımızın əmanəti olan Azərbaycan dilinin gözəlliyindən, zənginliyindən danışmış, şeirlər səsləndirmiş, aforizmlər söyləmiş, səhnəcik və ədəbi-bədii kompazisiya təqdim etmişlər.Sonda qonaqlar tədbir haqqında öz xoş təəssüratlarını bölüşmüş, Rahilə müəlliməyə dərin təşəkkürlərini bildirmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi