13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinə ekskursiya

Oktyabrın 10-dan 12-nə qədər Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi keçirilir.

Builki sərgidə dünyanın 22 ölkəsini təmsil edən 150-dən çox təhsil strukturu iştirak edir.

Oktyabrın 10-da məktəbin coğrafiya müəllimi Fəxrənsə Hacıyevanın rəhbərliyi ilə 9 “a” sinif şagirdləri 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinə ekskursiya ediblər. Sərgidə "Rəqəmsal bacarıqlar", “Peşə Təhsili üzrə Dövlət Agentliyi”, “Univerium” yataqxanası, “Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi”, “Escape room”, “Məktəbdənkənar fəaliyyət”, “Təhsil Texnologiyalar Mərkəzi”, “Gənc Müəllimlər Assosiasiyası”, “Bir Tələbə-Könüllü proqramı”, SABAH qrupları ilə bağlı stendlər və “Təhsil TV” Media Mərkəzi təqdim olunub. Şagirdlər bir çox ali təhsil müəsissələrinin sərgidə nümayiş etdikləri maketlərlə, robotlarla və əl işləri ilə yaxından tanış olublar.

Şagirdlər sərgidən çox xoş təəssüratlarla ayrılıblar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi