"Reproduktiv sağlamlıq nədir" mövzusunda məşğələ keçirildi

18.04.2024 -cü il tarixdə məktəbin biologiya müəllimi Aslanova Aybəniz, həkim Bayramova Gülnurun iştirakı ilə "Reproduktiv sağlamlıq " proqramının mövzusu olan "Reproduktiv sağlamlıq nədir" mövzusunda məşğələ keçirildi.

Məşğələ IX sinfin qız və oğlan şagirdləri ilə ayrıı- ayrılıqda həyata keçirildi.

İlk olaraq şagirdlər Reproduktiv sağlamlıq programında yer alan "Reproduktiv sağlamlıq nədir" mövzusu ilə tanış edildi. Biologiya müəllimi A. Aslanova reproduktiv sağlamlığı izah etmək üçün sağlamlıq anlayışını izah etdi. Daha sonra qadın və kişi reproduktiv sistemi haqqında şagirdlərə məlumatlar verildi.

Məktəbin həkimi mövzu ilə bağlı məlumatları şagirdlərin diqqətinə çatdırdı.

Sonda şagirdlərin sualları cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi