“Sağlam həyat tərzini şərtləndirən xüsusiyyətlər” mövzusunda təqdimat

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30 avqust 2019-cu il tarixli, F-531 nömrəli əmrinə əsasən məktəbdə  tədbirlərin keçirilməsinə başlanılıb. Oktyabrın 4-də biologiya müəllimi Təranə Məmmədovanın rəhbərliyi altında 9 ”b” sinfində “Sağlam həyat tərzini şərtləndirən xüsusiyyətlər” mövzusunda təqdimat keçirilib. Təqdimatda şagirdlər qruplara ayrılaraq  sağlam yaşam tərzinə uyğunlaşmaq, zərərli vərdişlərdən çəkinmək və ekolologiyanın təmizliyinin  qorunmasının yollarından danışıblar. Daha sonra elektron lövhə vasitəsi ilə mövzu ilə əlaqədar hazırladıqları videoları nümayiş etdiriblər.

Təqdimatın sonunda Təranə Məmmədova mövzu haqqında ətraflı danışaraq öz fikirlərini bildirib.

Təqdimatda iştirak edən məktəbin direktoru Kəmalə Quliyeva, direktor müavinləri Sevil Abdurahmanova və Tahir Səmədov keçirilən bu maraqlı təqdimata görə 9 “b” sinif şagirdlərinə və Təranə Məmmədovaya öz təşəkkürlərini bildiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi