“Son zəng” qeyd olunub

İyunun 14-də məktəbdə “Son zəng” qeyd olunub.

Tədbirdə məktəb kollektivi, məzun və valideynlər iştirak ediblər. Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Məktəbin direktoru Qiyas Quliyev və direktor müavini Sevil Abdurahmanova çıxış edərək məzunları təbrik edib, onlara müstəqil həyatda atacaqları addımlarda uğurlar arzulayıblar. Çıxışlarda məktəbin 2018-2019-cu tədris ili üzrə uğurlarından, əldə olunan nailiyyətlərindən danışılıb. Qeyd olunub ki, dövlət başçısı tərəfindən uşaqlara göstərilən diqqət və qayğı, təhsil sahəsində həyata keçirilən işlər uşaqların elmi biliklərə layiqincə yiyələnməsinə zəmin yaradır.

Daha sonra təbrik sözü ilə sinif rəhbərləri və valideynlər çıxış ediblər.

Tədris ili ərzində məktəbin təlim-tərbiyə və tədris prosesinin idarə olunmasında  yüksək pedaqoji ustalıq göstərən müəllimlər, məktəbin ictimai işlərində fəal iştirak edən şagirdlər Fəxri fərmanla təltif olunublar.

İbtidai sinif şagirdlərinin şeir ifasından sonra “Bilik açarı” məzunlar tərəfindən X sinif şagirdlərinə təqdim olunub. Tədbirin rəsmi hissəsi məzunlar üçün “Son zəng”in çalınması ilə başa çatıb.

Tədbir məzun və şagirdlərin iştirakı ilə mahnılar və rəqslərdən ibarət konsert proqramı ilə davam edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi