İkinci yarımil üzrə yekun qiymətləndirmə keçirilib

İyun ayının 10-dan 14-dək məktəbdə 2018/2019-cu tədris ilinin ikinci yarımili üzrə Böyük Summativ Qiymətləndirmə keçirilib. Böyük Summativ Qiymətləndirmənin mütəşəkkil keçirilməsini təmin etmək məqsədi ilə məktəb rəhbərliyi və müəllimlərindən ibarət komissiya təşkil edilib. Müəllimlərə fənlər üzrə sualların tərtib olunması, sinifə nəzarət, imtahan zamanı köçürülmənin qarşısının alınması və obyektivliyin qorunması tapşırılıb.

BSQ əvvəlcə ibtidai, sonra yuxarı siniflərdə keçirilib. Tədris ili ərzində mənimsənilən materiallar əsasında keçirilən BSQ kodlaşldırılmış sistem üzrə aparılıb.

İmtahanlar yekunlaşdıqdan sonra şagirdlərin test cavabları komissiya üzvləri tərəfindən yoxlanılaraq qiymətləndirilib.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi