“Xocalını unutmayın!” adlı anım tədbiri keçirilib

Fevralın 22-də məktəbin akt zalında Xocalı soyqrımının 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Direktor müavini Tahir Səmədovun və 1 №li Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Xalq folkloru” dərnəyinin rəhbəri Güllü Nuriyevanın birgə təşkilatçılığı ilə keçirilən tədbirdə məktəb kollektivi, şagirdlər və S.Vurğun adına Mərkəzi Kitabxananın əməkdaşları iştirak ediblər.

Tədbirdə məktəbin V-IX sinif şagirdlərinin Xocalı faciəsini əks etdirən rəsm işlərindən ibarət sərgi və fotostendlər nümayiş etdirilib.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Məktəbin direktoru Qiyas Quliyev çıxışında Xocalı faciəsinin tarixi qısa tarixi barədə danışıb. O, bildirib ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. Xocalı soyqırımı isə Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti zəruri addımları atır. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan edilib. 2008-ci ildə isə Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırıb.

Daha sonra şagirdlər “Xocalını unutmayın!” adlı bədii kompozisiya nümayiş etdirib, vətənə, Xocalı faciəsinə həsr olunmuş şeirlər ifa ediblər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş o qanlı hadisələri, xocalıların başına gətirilən müsibətləri canlandıran şagirdlərin çıxışı tədbir iştirakçılarını çox duyğulandırıb. İfa olunan lirik şeirlər, faciəni əks etdirən səhnəciklər millətimizin yaddaşına qanlı hərflərlə yazılmış bu tarixin yaşanmış acı səhifələrini bir daha canlandırıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi