Mülki Müdafiə Günü ilə bağlı tədbir keçirildi

Mayın 11-də məktəbimizdə Mülki Müdafiə Günü ilə bağlı tədbir keçirildi. Məktəbin və şagirdlərin Mülki Müdafiə üzrə hazırlıq planına əsasən keçirilən tədbirdə müəllim və şagird kollektivi iştirak etdi.

Tədbir Dövlət himninin oxunması ilə başlandı. Sonra “Şahinlər”  komandası məktəbin həyətində cərgəyə düzüldü. Əvvəlcə məktəbin hərbi rəhbəri Mirəli Mirsucayev şagirdlərə fövqəladə hallar baş verən zaman hərəkət planından danışdı, yanğınsöndürən balonun istifadə qaydalarını izah etdi. Sonra məktəbin tibb bacısı şərti yaralıya ilk tibbi yardımın yollarını nümayiş etdirdi.

Tədbirin sonunda şərti xəbərdarlıq siqnalı ilə “Yanğın” həyəcanı elan edildi və şagirdlər tərəfindən yanğın zamanı təhlükəli zonadan təxliyyə olunma qaydaları nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi