1 Mart-Ümumdünya Mülki Müdafiə Günüdür

Martın 1-də Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbir keçirildi. Tədbirin keçirilməsində məqsəd mülki müdafiə və fövqəladə hallardan mühafizə sahəsində şagirdlərin hazırlığını və maarifləndirilməsini təmin etməkdən ibarət idi. Məktəbin foyesində keçirilən tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər də iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan direktor müavini Tahir Səmədov bildirdi ki, Ümumdünya Mülki Müdafiə Günü 1 mart 1972-ci ildə Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə qeyd olunur. O, bugünkü günün yaranma tarixindən, mahiyyətindən danışdı. Şagirdlərə hava çirklənmələri, yanğınlar, qəza hadisələri zamanı göstəriləcək köməkliklərin praktiki şəkildə nümayiş olunacağını bildirdi.

Daha sonra məktəbin direktoru Qiyas Quliyev fövqəladə hallar zamanı idarəetmənin təşkilindən, insanların təhlükəsizlik qaydalarına əməl etməsindən və xilas olmağın yollarından danışdı. Hərbi rəhbər Mirəli Mirsucayev əleyhqazlardan istifadə qaydalarını və yanğın balonlarının işləmə mexanizmindən danışaraq onları şagirdlərə göstərdi. Tibb bacısı isə şərti yaralıya ilk tibbi yardımın yollarını nümayiş etdirdi.

Sonra “Şahinlər” komandası şagirdlər qarşısından “Salamat qal, ana” mahnısını ifa edərək keçdilər.

Tədbirin sonunda şərti xəbərdarlıq siqnalı ilə “Yanğın” həyəcanı elan edildi. Şagirdlər tərəfindən dərs gedişində baş verən yanğın zamanı təhlükəli zonadan təxliyyə olunma qaydaları nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi