GÇH fənnindən nümunəvi dərs keçirildi

Fevralın 5-də məktəbin 10a sinfində gənclərin çağırışaqədərki hazırlığı fənnindən nümunəvi dərs keçirildi. Fənn müəllimi Mirəli Mirsucayev tərəfindən “Odlu silahın yaranması tarixi” mövzusunda keçirilən dərsdə silahların yaranma tarixindən, hansı məqsədlə istifadə olunmasından və bəşəriyyətə verdiyi zərərlərdən danışıldı. Şagirdlərlə bu mövzu ətrafında geniş müzakirə aparıldı, onların sualları müəllim tərəfindən cavablandırıldı. Dərsin gedişi zamanı xüsusilə vurğulandı ki, sülhsevər bir dövlət olduğumuz üçün ölkəmizdə istifadə olunan silahlar yalnız müdafiə məqsədi daşıyır.

Sonda müəllim müasir silahlarla əvvəlki illərdə icad olunan silahların müqayisəsini elektron lövhədə təqdimat vasitəsi ilə göstərdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi