Kitab oxuyaq - həyatı öyrənək

Dekabırın 15-də məktəbimizin foyesində direktor müavini Sevil Abdurahmanovanın təşəbbüsü ilə kitab sərgisi keçirildi. “Bir kitab qoy, bir kitab götür” devizi altında keçirilən sərginin məqsədi şagirdlərə erkən yaşlardan kitaba məhəbbət, mütaliə vərdişləri aşılamaqdır. Şagirdlərin arzusu ilə yaradılan “Kitab oxuyaq - həyatı öyrənək” adlı guşəyə onların hədiyyə etdiyi kitablar toplanıldı. Bu təşəbbüs şagirdlər tərəfindən çox böyük ruh yüksəkliyi ilə qarşılandı. Bu kimi sərgilər şagirdlərdə öz dünyagörüşlərini, biliklərini paylaşmaq kimi müsbət keyfiyyətlər yaradır. Çünki kitab oxuyan dünyanı dərk edər, insana, yaşadığı cəmiyyətə dəyər verər, ondan nə isə qoparmağa yox, nə isə verməyə çalışar.

Bu sərgi davamlı olaraq keçiriləcək və sonda kitablar məktəbin kitabxanasına hədiyyə ediləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi