9 noyabr – Dövlət Bayrağı Günü münasibəti ilə tədbir keçirilib

Noyabrın 7-də məktəbimizdə 9 noyabr – Dövlət Bayrağı Günü münasibəti ilə tədbir keçirilib. Tədbirin əvvəlində məktəbin direktoru Qiyas Quliyev giriş sözü ilə olaraq bildirdi ki, üçrəngli bayrağın dövlət rəmzi kimi bərpası təşəbbüsü ilk dəfə Heydər Əliyev tərəfindən irəli sürülüb. Heydər Əliyevin siyasi kursunun davamçısı prezident İlham Əliyevin Azərbaycanda Dövlət Bayrağı Gününün təsis edilməsi barədə sərəncamı gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Daha sonra tədbir bədii hissə ilə davam edib. Məktəbin III sinif şagirdləri vətənpərvərlik ruhunda şeirlər söyləyib, mahnılar oxuyublar. Şagirdlərin bayrağa aid ifa etdikləri mahnılar tədbir iştirakçıları tərəfindən rəğbət və alqışla qarşılanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi