"Dəyərlərimizi qoruyaq" tədbirlər planına uyğun olaraq "Yurdumuza Bahar gəlir" adlı tədbir keçirilib

İ.Cəfərov adına tam orta məktəbdə 19.03.2024-cü il tarixdə "Dəyərlərimizi qoruyaq" tədbirlər planına uyğun olaraq "Yurdumuza Bahar gəlir" adlı tədbir keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Azərbaycanımızın bütövləşməsinin, müstəqilliyinimizin səbəbkarları olan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.Tədbir şagirdlərin maraqlı çıxışları,kosa,keçəlin məzəli səhnələri,şeirlər,mahnılarla,haxıştalarla davam etdi.Sonda məktəbin direktoru K.Quliyeva çıxış edərək Novruz bayramının mahiyyəti haqqında danışdı,iştirakçıları təbrik etdi.Tədbirin hazırlanmasında əməyi keçən məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı P.Hüseynovaya,ədəbiyyat müəllimləri,Y.Həsənovaya,X.Fərzəliyevaya,Ş.Hüseynovaya və şagirdlərə təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi