Azərbaycan badminton idman növü üzrə 15 yaşadək gənclərdən ibarət milli komandası (U-15) 2018-ci il 11-14 oktyabr tarixlərində Şimali Kiprdə keçirilən beynəlxalq “XVIII Dr. Fazıl küçük idman oyunları” turnirində Türkiyə, Gürcüstan, Makedoniya və Şimali Kiprin komandaları ilə qarşılaşıblar. Yarışda iştirak edən məktəbimizin IX sinif şagirdi Rəvan Niftalıyev medal və kubokla təltif olunub.