17-20 avqust tarixlərində Ukraynanın Xarkov şəhərində 2000-2002-ci il təvəllüdlü idmançılar arasında badminton üzrə beynəlxalq turnir keçirilib. Turnirdə Gürcüstan, İsrail, Polşa, Misir, Ukrayna və Azərbaycandan gələn idmançılar iştirak ediblər. Qoşa və qarışıq-qoşa yarışlarda məktəbimizin XI sinif şagirdi Vaqif İsmayılov iştirak edərək III yerə layiq görülüb və Xarkov şəhər Gənclər və İdman İdarəsi şagirdimizi diplomla təltif edib.