Məktəbdə "Novruz təravəti"adlı tədbir keçirilib

 

18.03.2024-cü il tarixində" Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində məktəbin UBTR-i Əminə Cəfərovanın təşkilatçılığı ilə "Novruz təravəti"adlı bayram tədbiri keçirilib.

Tədbirdə baharın gəlişi böyük coşqu ilə qarşılanmış,  milli adət-ənənələrimizi özündə əks etdirən kompozisiyalar nümayiş edilmişdir. 

Tədbirin gedişində çıxış edən məktəbin direktoru Xeyrulla Haqverdiyev hər kəsi təbrik edərək bildirmişdir ki, xalqımız qədim türk məişətini, əxlaqını, inancını və bədii zövqünü özündə cəmləşdirən Novruz adətlərini tarixən yaşadaraq bu günümüzədək gətirib çatdırmışdır. 
 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi