Sertifikasiyası ilə bağlı məktəbin riyaziyyat və xarici dil müəllimləri ilə görüş keçirmişdir.

27 fevral 2024-cü il tarixində məktəbin direktoru Xeyrulla Haqverdiyev müəllimlərin sertifikasiyası ilə bağlı məktəbin riyaziyyat və xarici dil müəllimləri ilə görüş keçirmişdir.

Görüşdə 23 fevral 2024-cü il tarixində sertifikatlaşdırmada iştirak edəcək müəllimlərlə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən iclasda iştirak edən müəllimlər aldıqları məlumatları həmkarları ilə paylaşmış, fikir mübadiləsi aparmışlar.

Sonda məktəb rəhbəri Xeyrulla Haqverdiyev müəllimləri maraqlandıran sualları cavablandırdı, keçiriləcək  sertifikasiya imtahanında hər bir müəllimə uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi