Xocalı şəhidi Natiq Qasımova həsr olunmuş "Oğul" adlı sənədli film nümayiş olunub

26.02.2024-cü il tarixində BŞTİ-nin "Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar tədbirlər planına" uyğun olaraq məktəbin UBTR-i Əminə Cəfərovanın təşkilatçılığı ilə Xocalı şəhidi Natiq Qasımovun həyatından bəhs edən "Oğul" adlı sənədli film nümayiş olunub.

Sənədli filmdən öncə Xocalı soyqırımı qurbanlarının, Vətənimizin toxunulmazlığı uğrunda canlarından keçmiş qəhrəman oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Xocalı həqiqətləri barəsində çıxış edən məktəbin direktoru Xeyrulla Haqverdiyev qeyd etmişdir ki, film real hadisələr əsasında çəkilmişdir. Filmdə bəhs olunacaq qəhramanımız Natiq Qasımov əsl şücaət dastanı yazaraq beş gün düşmənlə təkbaşına döyüşmüş, yalnız dinc sakinlər zərər çəkməsin deyə sonda təslim olmuşdur.

Film izləndikdən sonra məktəbin müəllimləri Xocalı soyqırımı və izlənilən sənədli film haqqında fikirlərini şagirdlərlə bölüşmüşlər. 

Tədbirin sonunda şagirdlər izlədikləri film haqqında  fikirlərini söyləmiş və Xocalı soyqırımı ilə bağlı müzakirələr aparmışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi