VIII və IX siniflərdə buraxılış fənlərinin monitorinqi aparılıb

19.02.2024-cü il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsilin keyfiyyətinə nəzarət sektorunun təşkilatçılığı ilə Nizami Sərxanov adına 256 nömrəli tam orta məktəbdə VIII və IX sinif şagirdlərinin buraxılış imtahanı fənləri üzrə monitorinq həyata keçirildi. Monitorinqdə şagirdlərə tədris dili, riyaziyyat və ingilis dili fənləri tapşırıq təqdim olunub. 
Monitorinqin keçirilməsində əsas məqsəd buraxılış imtahanı fənləri üzrə təqdim olunmuş məzmun çərçivəsində şagirdlərin bilik və bacarıqlarının mövcud vəziyyətini, öyrənmə ehtiyaclarını müəyyən etmək və inkişaf istiqamətləri üzrə kompleks fəaliyyətləri həyata keçirməkdir.
Bütün şagirdlərimizə uğurlar arzulayırıq!
 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi