Məktəbdə infeksion xəstəliklərə qarşı qabaqlayıcı tədbirlər həyata keçirilir

Son günlər şagirdlər arasında infeksion xəstəliklərin artması səbəbindən məktəbdə müvafiq qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib. 
Belə ki, müvafiq ehtimallar nəzərə alınaraq nəzarət gücləndirilib, pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək hər hansı narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edilib.
Məktəbdə müvafiq qurumlar tərəfindən vaxtaşırı dezinfeksiya işləri aparılır və səhhətində narahatlıq müşahidə edilən məktəblilərin valideynləri ilə əlaqə saxlanılır, vəziyyətə uyğun tədbirlərin görülməsi təmin edilir.
Valideynlərə hər zaman tövsiyə olunur ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi