Müəllimimiz ""Yaradıcı müəllim: fəndaxili və fənlərarası inteqrasiya" müsabiqəsində uğur qazanıb

Bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən "Yaradıcı müəllim: fəndaxili və fənlərarası inteqrasiya" mövzusunda təqdimat müsabiqəsinin qalibləri bəlli olub.

Bu müsabiqədə Bakı şəhəri ümumi təhsil məktəblərinin fənn müəllimləri iştirak edib. Müsabiqədə məktəbimizi təmsil edən biologiya müəllimi Ülviyyə Səfərova uğurla iştirak edərək 2-cilik qazanıb. Bu uğur münasibətilə müəllimimizi təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq. 

Müsabiqənin keçirilməsində əsas məqsəd qabaqcıl təcrübəyə malik yaradıcı, yenilikçi müəllimlərin aşkara çıxarılması, onların təcrübələrinin təbliğ edilməsi və qabaqcıl müəllimlər bazasının yaradılması, eyni zamanda, ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqətin artırılması, təhsil işçilərinin bu barədə rəy və mülahizələrinin öyrənilməsindən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi