Zəfər Günü münasibətilə stolüstü tennis yarışı keçirilib

03.11.2023-cü il tarixində məktəbin fiziki tərbiyə müəllimləri Nicat Dadaşov və Nihat Dadaşovun təşkilatçılığı ilə məktəbin 7-11-ci sinif şagirdləri arasında stolüstü tennis yarışı təşkil olundu.

Maraqlı idman mübarizəsi şəraitində keçən yarışın sonunda oğlanlar arasında məktəbin 11-ci sinif şagirdi Fərziyev Mövsüm, qızlar arasında isə məktəbin 9-cu sinif şagirdi Qurbanlı Elmira bütün rəqiblərini məğlub edərək birincilik qazandılar.

Turnirin qalibləri medal və məktəb rəhbərliyinin diplomu ilə mükafatlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi