27 Sentyabr - Anım Günü ilə bağlı tədbir keçirilib.

"27 sentyabr Anım günü" ilə əlaqədar məktəbin Uşaq Birliyi Təşkilati Rəhbəri Cəfərova Əminə və Azərbaycan dili və Ədəbiyyat müəllimi Rəna Əhədovanın təşkilatçılığı ilə  Şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş tədbir təşkil olundu. Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

İlk olaraq məktəbin direktoru X.F.Haqverdiyev 2020-ci il sentyabrın 27-dən Ermənistanın ölkəmizə qarşı başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən Müharibəsinə başladığı şagirdlərin diqqətinə çatdırdı.
Məktəbin tarix müəllimi Əsədov Nazim qələbə qazandığımız 44 günlük vətən müharibəsi barədə şagirdlərə ətraflı məlumat verib.
Sonda Anım gününə həsr olunmuş  Qəhrəman oğullarımızın həyat və mübarizə yolunu əks etdirən videoçarxlar nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi