Şagirdlərimiz "Şəhidlər xiyabanı" və "Hərbi Qənimətlər Parkı" nı ziyarət edib

27 sentyabr Anım Günü ilə əlaqədar "Hərbi Qənimətlər Parkına" ekskursiya

Məktəbin Fəaliyyət planına uyğun olaraq şagirdlərdə vətənpərvərlik, dövlət rəmzlərinə, milli-mənəvi dəyərlərimizə hörmət hissinin aşılanması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği, tariximizin şanlı səhifələrinə həsr olunmuş tədbirlərin keçirilməsi məqsədilə və "27 sentyabr Anım Gününün keçirilməsi" barədə BŞTİ-nin müvafiq əmrinə əsasən məktəb üzrə əmrlə Tədbirlər Planı hazırlanıb təsdiq edilmişdir. Tədbirlər planına uyğun olaraq "27 sentyabr Anım Günü" ilə əlaqədar 24.09.2023-cü il tarixində məktəbimizin İnformatika müəllimi Söylə Məmmədova 7a sinif şagirdləri ilə birlikdə "Hərbi Qənimətlər Parkı" və "Şəhidlər Xiyabanı" na ekskursiya təşkil etdilər. Ekskursiya zamanı Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidimiz İsmayıl Sadiq oğlu Qasımovun anası ilə təsadüfi görüş baş tutub. Şagirdlərimiz şəhidimizin həyat hekayəsini dinləmiş və vətənpərvərlik hisslərinə yiyələnmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi