11-cilərin son zəngi qeyd olundu

14.06.2023-cü il tarixində  məktəbimizdə  "Son zəng"  tədbiri  keçirildi. Məktəbin UBTR-i Əminə Cəfərovanın təşkilatçılığı ilə hazırlanan tədbir Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. 

Tədbiri giriş sözü ilə açan məktəbimizin direktoru Xeyrulla Haqverdiyev qonaqları salamlayaraq məzunlara xoş arzularını çatdırdı, valideynləri bu xoş gün münasibətilə təbrik etdi və 2022-2023-cü tədris ilində məktəbin əldə etdiyi uğurlardan danışdı.  Tədbirdə müəllimlər,  Xəzər Rayon İcra Hakimiyyətinin  və Türkan Bələdiyyəsi nümayəndələri, "Məktəb İcması" üzvləri, valideynlər iştirak edirdi.
Tədbir məzunların rəngarəng çıxışları- ifaları, rəqsləri ilə yadda qaldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi