Şəhid Nizami Sərxanovun 55 illik yubileyi qeyd olunub

28.04.2023-cü il tarixində 256 nömrəli tam orta məktəbdə şəhid Nizami Sərxanovun 55 illik yubileyi qeyd olunub. Məktəbin Metodbirləmə rəhbəri Elminaz Mahmudova və Uşaq Birliyi Təşkilatı Rəhbəri Əminə Cəfərovanın təşkilatçılığı ilə keçirilən tədbirdə qonaq qismində şəhidin ailə üzvləri, Xəzər rayonu İcra Hakimiyyətinin  nümayəndələri, Türkan Mədəniyyət Evinin üzvləri də iştirak edirdi.

Tədbirdə Azərbaycanın igid oğullarının qəhrəmanlığı tərənnüm edən şeirlər səsləndi, mahnılar ifa olundu. Şagirdimizin çıxışları qonaqlar tərəfindən maraqla qarşılandı.

Tədbirin gedişində çıxış edən məktəb rəhbərliyi, müəllimlər və qonaqlar şəhidlərimizin əziz xatirəsini yad edərək Azərbaycan xalqının qəhrəmanlıq tarixinə nəzər saldılar. 

Təbrin sonunda şəhidimizin əziz xatirəsinə həsr olunmuş ağaclar əkildi, şəhidimizin məzarı ziyarət olunaraq abidəsi önünə tər qərənfillər düzüldü.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi