Şagirdlərimiz "Şahin" hərbi-idman oyunlarının rayon birinciliyində iştirak edib

14.04.2023-cü il tarixində məktəbin hərbi rəhbəri Elman Muradovun təşkilatçılığı ilə məktəbimizin şagirdləri rayonun VIII-X sinif şagirdləri arasında keçirilən “Şahin” hərbi-idman oyununu üzrə rayon birinciliyində uğurla iştirak etdilər.

“Şahin” hərbi-idman oyununun keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin hərbi vətənpərvərlik, milli ruhda tərbiyəsi işini daha da gücləndirmək, məktəblilərin hərbi hazırlıq səviyyəsini yüksəltmək, Gənclərin çağırışaqədərki hazırlığı (GÇH) fənninin tədrisini təkmilləşdirməkdən ibarətdir.  Qeyd edək ki, “Şahin” hərbi-idman oyunu Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Mədəniyyət Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Veteranlar Şurasının birgə qərarı ilə təşkil edilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi