Şəhid Nizami Sərxanovun anım günü qeyd edilib

13.04.2023-cü il tarixində məktəbin adını daşıyan 1-ci Qarabağ müharibəsi şəhidi Nizami Sərxanovun anım günü qeyd edildi. Məktəbin ədəbiyyat müəllimi Rəna Əhədovanın təşkil etdiyi tədbirdə şagirdlərin ifasında şeirlər səsləndi, səhnəciklər nümayiş olundu, şəhidimizin həyat və fəaliyyətinə nəzər salındı. Tədbirdə Nizami Sərxanovun ailə üzvləri də iştirak edirdi. 

Tədbirdən öncə qonaqlar məktəbin metodbirləşmə rəhbəri Elminaz Mahmudovanın təşkil etdiyi istedadlı şagirdlərimizin əl işlərindən ibarət sərgini ziyarət etdi. Məktəbin istedadlı şagirdi Əhmədzadə Elnurənin rəsmlərini qonaqlar maraqla qarşıladı.

Tədbirdən sonra məktəb rəhbərliyi, müəllim və şagirdlər Nizami Sərxanovun məzarını ziyarət etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi